AZE
ENG
AFF HAQQINDA
TARİX
RƏHBƏRLİK
NİZAMNAMƏ
XƏBƏRLƏR
DÜNYA ÇEMPİONATI
AVROPA ÇEMPİONATI
İntizam Komitəsi
U-19
UEFA ÇEMPİONLAR LİQASI
TƏDBİRLƏR
AFF
MİLLİ
AZƏRBAYCAN KUBOKU
LİQALAR
HAKİMLƏR
MÜSAHİBƏ
MİLLİ KOMANDALAR
A MİLLİ
MƏŞQÇİLƏR
OYUNÇULAR
OYUNLAR
AZƏRBAYCAN U-19
MƏŞQÇİLƏR
OYUNÇULAR
OYUNLAR
TURNİRLƏR
YÜKSƏK LİQA
BİRİNCİ LİQA
İKİNCİ LİQA
AZƏRBAYCAN KUBOKU
UEFA ÇEMPİONLAR LİQASI
ƏSASNAMƏ
OYUN QAYDALARI
KLUBLAR
ƏLAQƏ
ARXİV
AZƏRBAYCAN KUBOKU
Final oyununa təyinatlar
Badamlı Azərbaycan kubokunun final oyununa təyinatlar açıqlanıb. CBC Sport kanalı ilə canlı yayımlanacaq oyunun birinci hakimi Əli Cəbrayılov olacaq. Digər xətdə isə Ceyhun Hüseynov yer alacaq. Üçüncü hakim funksiyasını Nahid Xasıyev yerinə yetirəcək.
26-ci kuboku kim qazanacaq?
Mayın 24-də futzal üzrə Azərbaycan kubokunda 2021/2022-ci il mövsümünə yekun vurulacaq. Qalib adı uğrunda Yüksək Liqanın bürünc medalçısı “Neftçi” İK və Birinci Liqa təmsilçisi “Alyans Qrup” qarşılaşacaq.
Finalçı yolu
Mayın 24-də Badamlı Azərbaycan kubokunun final oyunu keçiriləcək. Bakı İdman Sarayında baş tutacaq həlledici matçda Yüksək Liqanın bürünc medalçısı “Neftçi” İK və Birinci Liqa təmsilçisi “Alyans Qrup” komandaları qarşılaşacaq. Finala gedən yola diqqət yetirdikdə cəmi bir oyunda qalibin kimliyi penaltilər seriyasında müəyyənləşib. Söhbət “Neftçi” İK və EKOL qarşılaşmasından gedir. Oyunun əsas və əlavə vaxtı 2:2 hesabı ilə başa çatdığından penaltilər seriyasına üstünlük verilib. Bu dəfə dəqiq oynayan “Neftçi” İK finala yüksəlib. “Alyans Qrup” isə yarımfinalda Birinci Liqanın qalibi olan “Forza Neftçi”ni üstələyib. Heyətlərə gəldikdə, “Neftçi”dən Nurlan Mehdizadə, “Alyans Qrup”dan isə Elçin Zeynalov komandasına kömək edə bilməyəcək.
Mövsümün son oyunu canlı yayımlanacaq
Mayın 24-də, saat 14:15-də Bakı İdman Sarayında Badamı Azərbaycan kubokunun final oyunu keçiriləcək. “Neftçi” İK və “Alyans Qrup” komandaları arasındakı mövsümün son dueli CBC Sport kanalı vasitəsilə canlı yayımlanacaq. Matç başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçiriləcək.
Finalda kimlər oynamayacaq?
Xəbər verdiyimiz kimi, mayın 24-də, saat 14:15-də Bakı İdman Sarayında Badamlı Azərbaycan kubokunun final oyunu keçiriləcək. Həlledici qarşılaşmada “Neftçi” İK və “Alyans Qrup” komandaları üz-üzə gələcək. Bu görüşdə iki futzalçı komandasına kömək edə bilməyəcək. “Neftçi” İK-dan Nurlan Mehdizadə görüşü kənardan izləyəcək. Buna səbəb onun EKOL-la keçirilmiş yarımfinal matçında qırmızı vərəqə almasıdır. “Alyans Qrup” da isə komandanı finala daşıyan qolun müəllifi Elçin Zeynalov qırmızı vərəqə cəzalısıdır. O, “Forza Neftçi” ilə duelin başa çatmasına 39 saniyə qalmış analoji durumla qarşılaşıb.
Final matçının məkanı və yeri
Badamlı Azərbaycan kubokunun final matçının keçiriləcəyi məkan və tarix müəyyənləşib. Qalibin adına mayın 24-də, saat 14:15-də Bakı İdman Sarayında təşkil olunacaq həlledici matçda aydınlıq gətiriləcək. Finalda “Alyans Qrup” və “Neftçi” İK üz-üzə gələcəklər.
Badamlı Azərbaycan kuboku, 1/2 final: Fotoreportaj
BAK: Neftçi İK - EKOL 2:2 pen. 4:2 (video)
BİRİNCİ
‹
8
9
10
11
12
13
14
15
16
17
18
›
SONUNCU