AZƏRBAYCAN KUBOKU
-
Mövsümün son təyinatları
Azərbaycan kubokunun final oyununa təyinatlar açıqlanıb. CBC Sportla canlı yayımlanacaq oyunu FİFA hakimləri idarə edəcək.
-
AK, Final: Neftçi İK - Baku Fire
Azərbaycan kubokunun final oyunu mayın 24-də keçiriləcək. Bakı İdman Sarayında saat 14:00-da strat götürəcək görüşdə “Neftçi” İK və “Baku Fire" qarşılaşacaq. Oyun CBC Sport kanalı vasitəsilə canlı yayımlanacaq.
-
Yarımfinal oyunları keçirilib
Bu gün Azərbaycan kubokunun yarımfinal mərhələsinin oyunları keçirilib.
-
Kubokda finalçılar müəyyənləşir
Bu gün Azərbaycan kubokunun yarımfinal mərhələsinin oyunları keçiriləcək. Qalib gələcək komandalar mayın 24-də keçiriləcək final matçına vəsiqə qazanacaqlar.
-
AK, ½ final: Oyun cədvəli
Azərbaycan kubokunun yarımfinal mərhələsinin oyunlarının başlama saatı və keçirilmə yeri açıqlanıb.
-
Bu gün AK, ¼ final
Bu gün Azərbaycan kubokunun ¼ final mərhələsinin oyunlari keciriləcək. Bakı İdman Sarayında baş tutacaq matcların qalibi yarımfinala vəsiqə qazanacaq.
-
AK: 1/8 finalın püşkü atılacaq
Martın 10-da Azərbaycan kubokunun 1/8 final mərhələsinin püşkü (“kor püşk”) atılacaq. Püşkatma mərasimi Bakı İdman Sarayında, saat 12:00-da başlayacaq. Tədbirə KİV nümayəndələri dəvətlidir.
-
AK: 1/16 final mərhələsinin oyunları keçirilib
Azərbaycan kubokunun 1/16 final mərhələsinin oyunları keçirilib. Bu gün keçirilən ilk oyundan əvvəl Xocalı soyqırımı zamanı dünyasını dəyişmiş insanların əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Üç gün ərzində davam edən bu mərhələnin Alyans Qrup – Rəvan matçı baş tutmayıb. Buna səbəb “Alyans Qrup”un təyin olunan vaxtda meydana çıxmamasıdır. Oyunun yekun nəticəsi barədə AFFA-nın İntizam Komitəsi qərar verəcək. Ümumi mənzərəni liqalar üzrə dəyərləndirsək, üstünlük İkinci Liqa təmsilçilərindədir. Belə ki, keçirilmiş 9 oyundan 5-də Birinci, 4-də isə İkinci Liqa komandaları üstünlük qazanıb. Diqqətçəkən məqam U-17-nin cari mövsümdə ilk qələbəsini məhz ölkə kuboku uğrunda oyunda qazanmasıdır. Digər məqam isə “Baku Fire” klubunun hər üç liqadakı komandalarının növbəti mərhələdə iştirak etməsi olacaq.
1/8 finala vəsiqə qazanmış komandaların siyahısını diqqətinizə çatdırırıq: Baku Fire-3, U-17, MUM, Flaqman, Advokat, Şamaxı, Dalğa, ADBTİA, Baku Fire-2. Yüksək Liqa iştirakçıları olan Araz-Naxçıvan, Baku Fire, Neftçi İK, Record club, Alyans və U-19 da bu mərhələdən mübarizəyə qoşulacaqlar.
Qeyd: İntizam Komitəsi Alyans Qrup-Rəvan oyunu ilə bağlı nəticəni elan etdikdən sonra qalib komanda da 1/8 final iştirakçılar sırasına əlavə olunacaq.