XƏBƏRLƏR
-
AK. Final: Araz-Naxçıvan - Neftçi 3:5 (qollar)
-
AK, Final: Araz-Naxçıvan - Neftçi İK 3:5 (fotoreportaj)
-
Gesco Security ASC-yə təşəkkür edilib
Xəbər verdiyimiz kimi, Azərbaycan kubokunun final matçı ilə futzal üzrə 2025-2026-cı illər mövsümünə yekun vuruldu. Mövsüm ərzində oyunların təhlükəsizliyini yüksək səviyyədə təmin edən Gesco Security ASC-nin xidmət rəisi Mehman Babayevə Azərbaycan Futzal Federasiyasının vitse-prezidenti Elşən Abbasov tərəfindən təşəkkürnamə təqdim olunub.
-
İntizam Komitəsinin qərarı
-
Mükafatlandırma mərasimi keçirilib (fotolar)
Azərbaycan kubokunun final oyunu başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. Final matçının hakimlərinə və hakim-inspektora diplom, matçın ən yaxşı futzalçısı – Markus Viniciusa xatirə hədiyyəsi, “Araz-Naxçıvan” və “Neftçi”nin üzvlərinə müvafiq olaraq gümüş və qızıl medallar, həmçinin “Neftçi” komandasına Azərbaycan kuboku təqdim olunub. Mükafatları Azərbaycan Futzal Federasiyasının vitse-prezidenti Elşən Abbasov və AFFA-nın baş katibinin müşaviri Orxan Həsənov təqdim ediblər.
-
Yubiley kubokunu “Neftçi” İK qazanıb
Bu gün keçirilən final oyunu ilə sayca 30-cu Azərbaycan kubokunun sahibi müəyyənləşib. Həlledici matçda cəmi 3 gün əvvəl çempionluğunu taleyini müəyyənləşdirən komandalar – “Araz-Naxçıvan” və “Neftçi” İK qarşılaşıb. Buna qədər “Neftçi” 7, “Araz-Naxçıvan” isə 6 dəfə kuboku qazanın.
Oyundan əvvəl AFFA Hakimlər Komitəsinin üzvü, futzal üzrə beynəlxalq dərəcəli hakim-inspektor Elçin Səmədliyə 55 illiyi ilə əlaqədar xatirə hədiyyəsi təqdim olunub. Hədiyyəni AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov təqdim edib.
Heyətlərə gəldikdə, “Neftçi” meydana itkisiz çıxsa da, “qırmızı-ağlar” Teixeira Barbosa zədəli olduğuna görə, komandasına kömək edə bilməyib.
Hesabı “Araz-Naxçıvan” açdı. Ülvi Əliyev komandasına üstünlük qazandırdı. 9-cu dəqiqədə Peruzzo fərqi 2 topa çatdırıb. 13-cü dəqiqədə isə tablodakı rəqəmlər eyniləşdi. Markus Vinicius dubl etməklə oyuna yenidən intriqa qatdı. Braziliyalı futzalçı Reznovun ötürməsindən sonra 18-ci dəqiqədə het-trik etməklə komandasını matçda ilk dəfə önə keçirdi.
İkinci hissədə yenə ilk qolu “Araz-Naxçıvan” vurdu. Bu dəfə Karlos tablodakı rəqəmləri eyniləşdirdi. Tarazlıq növbəti dəfə 35-ci dəqiqədə pozuldu. Markus təyin olunan penaltini dəqiq yerinə yetirməklə “Neftçi”yə üstünlük qazandırır. Qustavo isə 38-ci dəqiqədə boş qapıya “yuvarlaq meşini” göndərməklə matçın taleyini həll etdi. Beləliklə 30-cu Azərbaycan kubokunu qazanan “Neftçi” İK bu göstəricidə vahid liderdir. “Ağ-qaralar” qazandıqları kubokların sayını 8-ə çatdırdı.
Oyun başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. Final oyununun hakimlərinə və hakim-inspektora diplom, matçın ən yaxşı futzalçısı – Markus Viniciusa xatirə hədiyyəsi, “Araz-Naxçıvan” və “Neftçi”nin üzvlərinə müvafiq olaraq gümüş və qızıl medallar, həmçinin “Neftçi” komandasına Azərbaycan kuboku təqdim olunub. Mükafatları Azərbaycan Futzal Federasiyasının vitse-prezidenti Elşən Abbasov və AFFA-nın baş katibinin müşaviri Orxan Həsənov təqdim ediblər.
-
AK, Final. Araz-Naxçıvan – Neftçi İK: Heyətlər
Bu gün keçiriləcək Azərbaycan kubokunun final oyununa komandalar bu heyətlə çıxacaq:
-
Bu gün mövsümün son oyunu
Bu gün keçiriləcək Azərbaycan kubokunun final oyunu ilə futzal mövsümünə yekun vurulacaq. Həlledici matçda son çempion "Araz-Naxçıvan" gümüş medalçı "Neftçi" İK ilə gücünü sınayacaq. Saat 16:00-da Bakı İdman Sarayında start götürəcək görüş CBC Sportla canlı yayımlanacaq. Zala giriş biletsiz olacaq.