XƏBƏRLƏR
-
Sayca 30-cu kuboku hansı komanda qazanacaq?
Mayın 21-də futzal üzrə Azərbaycan kubokunda 2025/2026-cı il mövsümünə yekun vurulacaq. Qalib adı uğrunda Yüksək Liqada çempion olan “Araz-Naxçıvan” və gümüş medalçı “Neftçi” İK qarşılaşacaq. Bəs sayca 30-cu ölkə kubokunun qalibi hansı komanda olacaq.
Ümumilikdə indiyə qədər 12 komanda yarışın qalibi olub. Müxtəlif adlarla çıxış edən “Neftçi” hamıdan çox – 7 dəfə (1994/95, 1995/96, 2009/10, 2012/13, 2013/14, 2016/17, 2021/22) kuboku başı üzərinə qaldırıb. “Araz-Naxçıvan” 6 dəfə (2004/05, 2005/06, 2006/07, 2007/08, 2008/09, 2023/2024) bu mükafata sahib olub.
EKOL - 4 (2010/11, 2011/12, 2015/16, 2018/19), “Avtomobilçi” (1996/97, 1997/98), “Azərneftyanacaq” (1999/00, 2000/01) və “Gömrükçü” (2001/02, 2002/03) hərəyə 2 dəfə kubokun qalibi adına yiyələnib. Altı komanda isə hərəyə bir dəfə belə uğura nail olub. “Nabspor” 1998/99, “Turan AİR” 2003/04, “Fənər” FK 2014/15, “Marafon Futsal” 2017/18, “Baku Fire” 2022/23, PFL isə 2024/25-ci il mövsümündə kuboku qazanıb. Ölkə kubokunun 2019/20-ci il mövsümü koronavirus pandemiyası ilə əlaqədar yarımçıq dayandırılıb, 2020/21-ci il mövsümü isə analoji səbəbdən ümumiyyətlə keçirilməyib.
-
YL, XX tur: Neftçi İK - Araz-Naxçıvan (fotolar)
-
YL, XX tur: Neftçi İK - Araz-Naxçıvan (qollar)
-
“Araz-Naxçıvan” 20-ci dəfə Azərbaycan çempionu oldu (fotolar)
Bu gün Yüksək Liqada 2025-2026-cı illər mövsümünün sonuncu oyunu keçirilib. Lider “Neftçi” ən yaxın izləyicisi “Araz-Naxçıvan”la qarşılaşıb. Mövsümün başa çatması ilə əlaqədar oyundan əvvəl Azərbaycanın dövlət himni səsləndirilib.
Oyunda hesabı “ağ-qalar” açıb. Vinicius fərqlənib. Növbəti qol da liderin aktivinə yazılıb. Bu dəfə Peruzzo avtoqol müəllifi olub. Fasiləyə qədər “qırmızı-ağlar” 10 metrlik zərbəni dəqiq yerinə yetirmələ fərqi minimuma endirib. Qış fasiləsindən sonra ilk oyununa çıxan Luiggi Longo adını tabloya yazdırıb.
İkinci hissədə də əsas hücum edən tərəf olan “Araz-Naxçıvan” 23-cü dəqiqədə status-kvonu bərpa edib. Bu dəfə Barbosa rəqib torunu silkələyib. Növbəti qolu da nominal qonaqlar vurdu. Alleks komandasına hesabda ilk dəfə üstünlük qazandırıb. 33-cü dəqiqədə “Araz-Naxçıvan” daha bir qol vurdu. Birinci hissədə avtoqol müəllifi olan Peruzzo bu dəfə fərqi 2 topa çatdırıb. 5 meydan oyunçusu ilə hücumlarını davam etdirən son çempion 38-ci dəqiqədə lazım olan qolu vurub. 30 saniyə sonra “Neftçi” meydanda azlıqda qalıb. Lukas ikinci sarı – qırmızı vərəqə alaraq meydanı erkən tərk edib. Yekunda 3 top fərqi ilə qələbə qazanan “Araz-Naxçıvan” “Neftçi” ilə xallarını bərabərləşdirməklə yanaşı, şəxsi oyunlarda üstünlük qazanaraq 20-ci dəfə Azərbaycan çempionu oldu.
-
Neftçi İK – Araz-Naxçıvan: Heyətlər
Yüksək Liqada 2025-2026-cı illər mövsümünün sonuncu oyununa komandalar bu heyətlə çıxacaq:
-
Bu gün çempion muəyyənləşir
Bu gün Yüksək Liqada 2025-2026-cı illər mövsümünün sonuncu oyunu keçiriləcək. Bakı İdman Sarayında saat 19:00-da start götürəcək və CBC Sportla canlı yayımlanacaq matçda lider "Neftçi" İK ilə "Araz-Naxçıvan" qarşılaşacaq. Oyunu FİFA referiləri idarə edəcəklər.
-
32-ci çempion hansı komanda olacaq?
Mayın 18-də keçiriləcək “Neftçi” İK – “Araz-Naxçıvan” oyunu ilə 32-ci Azərbaycan çempionatına yekun vurulacaq. Bəs bu dəfə çempionluq kubokunu hansı komanda başı üzərinə qaldıracaq? “Neftçi” İK ilk sevincini, yoxsa “Araz-Naxçıvan” sayca 20-ci çempionluğunu qeyd edəcək?
1993-cü ildən başlayaraq hər il təşkil edilən Azərbaycan çempionatı yalnız 2020-2021-ci illər mövsümündə pandemiya ilə əlaqədar keçirilməyib. Həmin il İcraiyyə Komitəsinin qərarı ilə bir il əvvəlki çempion – “Araz-Naxçıvan” UEFA Çempionlar Liqasında ölkəmizi təmsil edib. Ümumiyyətlə, “Araz-Naxçıvan” 19 dəfə hamıdan güclü olub. Naxçıvan təmsilçisindən sonra iki komanda 3 dəfə ölkə çempionu titulunu qazanıb. Söhbət “Avtomobilçi” və “Turan AİR”dən gedir. “Azərneftyanacaq” 2 dəfə bu sevinci yaşayıb. İlk çempion isə “Nicat” olub. “Azadə” və “Tribut” da hərəyə bir dəfə çempion olublar. “Araz-Naxçıvan” ardıcıl 10 dəfə çempion olduqdan sonra seriyanı “Khazar Islands” qırıb.
-
Bürünc “Baku Fire”
Bu gün Yüksək Liqada XX turun bir oyunu keçirilib. Olimpik Starda növbəti qələbəsini qazanan “Baku Fire” cari mövsümü üçüncü pillədə başa vurub. U-19 isə meydana çıxmadan 3 xalı aktivinə yazdırıb. Yüksək Liqada mövsümə mayın 18-də yekun vurulacaq. Çempionun adına aydınlıq gətirəcək son görüşdə lider “Neftçi” İK ən yaxın izləyicisi “Araz-Naxçıvan”la gücünü sınayacaq. CBC Sport-la canlı yayımlanacaq görüşün start fiti Bakı İdman Sarayında saat 19:00-da veriləcək.