Tarix


1950-60-cı illərdə Bakı öz küçə futbolu ilə məşhur idi. Şəhərimizdə elə bir küçə, məhəllə, kənd və qəsəbə yox idi ki, oranın öz futbol komandası olmasın. Məsələn, İçəri şəhər, Sovetski, Dağlı məhəlləsi, “Kubinka” deyilən yerlərdə güclü komandalar var idi. 132 və 190 saylı məktəblərin həyətləri və başqa geniş yerlər həmin komandaların stadionu idi. Bu komandaların hamısını bir yerə cəlb etmək, ən əsası isə “Neftçi”nin ustalardan ibarət komandası üçün perspektivli gəncləri aşkar etməkdən ötrü turnir keçirmək vacib idi.

Keçmiş SSRİ məkanında mini-futbol üzrə ilk turnirin Bakıda keçirilməsinin təşəbbüskarları “Bakı” və “Baku” axşam qəzetlərinin məşhur idman icmalçısı Oqtay Atayev və əməkdar idman ustası Ələkbər Məmmədov olub.

“Bakı” və “Baku” axşam qəzetlərinin mükafatları uğrunda ilk mini-futbol turnirinin startı 1969-cu il yanvarın 20-də verilmişdir. Yarışlar keçmiş “İnturist” mehmanxanasının yanındakı indiki Bakı İdman Sarayında keçirilirdi. İlk dəfə keçirilən turnirdə Bakı və Sumqayıt şəhərlərinin 24 komandası qüvvəsini sınayıb. Bu cür turnirlər növbəti illərdə də keçirilməyə başladı.

Azərbaycan müstəqillik əldə etdikdən sonra ilk çempionat 1993-cü ildə keçirilib. “Nicat” və “Avtomobilçi” komandaları eyni sayda – 5 xal toplasalar da, topların göstəricisinə görə üstünlük qazanan “Nicat” komandası Azərbaycanın ilk çempionu olub.

Ölkə kuboku uğrunda ilk yarış isə 1995-ci ildə keçirilib. “Neftçi”nin gənclərdən ibarət komandası veteranlardan qurulmuş heyəti məğlub etməklə adını tarixə yazdırıb.

Futzal üzrə Azərbaycan milli komandası rəsmi yarışlarda 1995-ci ildən iştirak edir. Milli Avropa çempionatının final mərhələsində 2010-cu, Dünya çempionatının həlledici mərhələsində isə 2016-cı ildə debüt edib. 2010-cu ildə Avropa çempionatını dördüncü pillədə başa vuran millimiz sonrakı - 2012 (qrup), 2014 (qrup), 2016 (1/4), 2018 (1/4) və 2022-ci illərdə (qrup) keçirilmiş qitə birinciliyinin final mərhələsində iştirak edib. 

Klub səviyyəsində ən yüksək nəticəni "Araz-Naxçıvan" MFK qazanıb. Bu komanda 2010-cu və 2014-cü illərdə UEFA Kubokunun bürünc medallarına sahib çıxıb. Yeri gəlmişkən, 2018-ci ilə qədər klub səviyyəsində ən mötəbər yarış hesab edilən UEFA Kubokunun "Dördlər finalı" 2014-cü ilin aprelində Bakıda keçirilib. Bu yarış 2018 - 2019-cu illər mövsümündən etibarən UEFA Çempionlar Liqası adlanır. 

 

Azərbaycan çempionatının mükafatçıları

 

Mövsüm

I yer

II yer

III yer

1993

Nicat (Bakı)

Avtomobilçi (Bakı)

İnşaatçı (Sabirabad)

1994/95

Azadə

Avtomobilçi

Neftçi

1995/96

Avtomobilçi

Neftçi

Azərneftyanacaq

1996/97

Avtomobilçi

Neftçi

Azərneftyanacaq

1997/98

Avtomobilçi

Nabspor

Avanqard

1998/99

Azərneftyanacaq

Avtomobilçi

Nabspor

1999/00

Azərneftyanacaq

Turan AİR

Anqlo Oil

2000/01

Turan AİR

Azərneftyanacaq

Anqlo Oil

2001/02

Turan AİR

Tribut

Viləş

2002/03

Tribut

Gömrükçü

Turan AİR

2003/04

Turan AİR

Qafqaz Universiteti

Gömrükçü

2004/05

Araz-Naxçıvan

Refarma

Asfarma

2005/06

Araz-Naxçıvan

Azfen

Asfarma

2006/07

Araz-Naxçıvan

Miri-Qrand

STAR GSM

2007/08

Araz-Naxçıvan

Qarabağ veteranları

Sumqayıt

2008/09

Araz-Naxçıvan

Neftçi İSM

Azmetko

2009/10

Araz-Naxçıvan

Neftçi İSM

EKOL

2010/11

Araz-Naxçıvan

Neftçi İSM

EKOL

2011/12

Araz-Naxçıvan

Neftçi İSM

EKOL

2012/13

Araz-Naxçıvan

EKOL

Neftçi İSM

2013/14

Araz-Naxçıvan

Neftçi İSM

Fener

2014/15

Khazar İslands

Fener

Araz-Naxçıvan

2015/16

Araz-Naxçıvan

EKOL

Neftçi İK

2016/17

Araz-Naxçıvan

Neftçi İK

EKOL

2017/18

Araz-Naxçıvan

Marafon Futsal

EKOL

2018/19

Araz-Naxçıvan

Xəzər Cənub

EKOL

2019/20

Araz-Naxçıvan

Marafon Futsal

EKOL

2020/21

Pandemiya ilə əlaqədar çempionat keçirilməyib. İK-nın qərarı ilə ölkəmizi UEFA Çempionlar Liqasında Araz-Naxçıvan təmsil edib.

 

 

2021/22

Araz-Naxçıvan

EKOL

Neftçi İK

2022/23

Araz-Naxçıvan

Neftçi İK

Baku Fire

2023/24

Araz-Naxçıvan

Baku Fire

Neftçi İK

2024/25

Araz-Naxçıvan

Baku Fire

Neftçi İK

 

Azərbaycan kubokunun qalibləri

Mövsüm      Kubokun sahibi

1994/95       “Neftçi”

1995/96       “Neftçi”

1996/97       “Avtomobilçi”

1997/98       “Avtomobilçi”

1998/99       “Nabspor”

1999/00       “Azərneftyanacaq”

2000/01       “Azərneftyanacaq”

2001/02       “Gömrükçü”

2002/03       “Gömrükçü”

2003/04       “Turan” AİR

2004/05       “Araz-Naxçıvan”

2005/06       “Araz-Naxçıvan”

2006/07       “Araz-Naxçıvan”

2007/08       “Araz-Naxçıvan”

2008/09       “Araz-Naxçıvan”

2009/10       “Neftçi” İSM

2010/11       EKOL

2011/12       EKOL

2012/13       “Neftçi” İSM

2013/14       “Neftçi” İSM

2014/15       “Fener” FK

2015/16       EKOL

2016/17       “Neftçi” İK

2017/18       “Marafon Futsal”

2018/19        EKOL

2019/20       Yarış başa çatdırılmadığına görə qalib müəyyənləşməyib

2020/21       Pandemiya ilə əlaqədar keçirilməyib

2021/22        “Neftçi” İK

2022/23       “Baku Fire”

2023/24       “Araz-Naxçıvan”

2024/25        PFL