AZƏRBAYCAN KUBOKU
-
AK. Final: Araz-Naxçıvan - Neftçi 3:5 (qollar)
-
Mükafatlandırma mərasimi keçirilib (fotolar)
Azərbaycan kubokunun final oyunu başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. Final matçının hakimlərinə və hakim-inspektora diplom, matçın ən yaxşı futzalçısı – Markus Viniciusa xatirə hədiyyəsi, “Araz-Naxçıvan” və “Neftçi”nin üzvlərinə müvafiq olaraq gümüş və qızıl medallar, həmçinin “Neftçi” komandasına Azərbaycan kuboku təqdim olunub. Mükafatları Azərbaycan Futzal Federasiyasının vitse-prezidenti Elşən Abbasov və AFFA-nın baş katibinin müşaviri Orxan Həsənov təqdim ediblər.
-
Yubiley kubokunu “Neftçi” İK qazanıb
Bu gün keçirilən final oyunu ilə sayca 30-cu Azərbaycan kubokunun sahibi müəyyənləşib. Həlledici matçda cəmi 3 gün əvvəl çempionluğunu taleyini müəyyənləşdirən komandalar – “Araz-Naxçıvan” və “Neftçi” İK qarşılaşıb. Buna qədər “Neftçi” 7, “Araz-Naxçıvan” isə 6 dəfə kuboku qazanın.
Oyundan əvvəl AFFA Hakimlər Komitəsinin üzvü, futzal üzrə beynəlxalq dərəcəli hakim-inspektor Elçin Səmədliyə 55 illiyi ilə əlaqədar xatirə hədiyyəsi təqdim olunub. Hədiyyəni AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov təqdim edib.
Heyətlərə gəldikdə, “Neftçi” meydana itkisiz çıxsa da, “qırmızı-ağlar” Teixeira Barbosa zədəli olduğuna görə, komandasına kömək edə bilməyib.
Hesabı “Araz-Naxçıvan” açdı. Ülvi Əliyev komandasına üstünlük qazandırdı. 9-cu dəqiqədə Peruzzo fərqi 2 topa çatdırıb. 13-cü dəqiqədə isə tablodakı rəqəmlər eyniləşdi. Markus Vinicius dubl etməklə oyuna yenidən intriqa qatdı. Braziliyalı futzalçı Reznovun ötürməsindən sonra 18-ci dəqiqədə het-trik etməklə komandasını matçda ilk dəfə önə keçirdi.
İkinci hissədə yenə ilk qolu “Araz-Naxçıvan” vurdu. Bu dəfə Karlos tablodakı rəqəmləri eyniləşdirdi. Tarazlıq növbəti dəfə 35-ci dəqiqədə pozuldu. Markus təyin olunan penaltini dəqiq yerinə yetirməklə “Neftçi”yə üstünlük qazandırır. Qustavo isə 38-ci dəqiqədə boş qapıya “yuvarlaq meşini” göndərməklə matçın taleyini həll etdi. Beləliklə 30-cu Azərbaycan kubokunu qazanan “Neftçi” İK bu göstəricidə vahid liderdir. “Ağ-qaralar” qazandıqları kubokların sayını 8-ə çatdırdı.
Oyun başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. Final oyununun hakimlərinə və hakim-inspektora diplom, matçın ən yaxşı futzalçısı – Markus Viniciusa xatirə hədiyyəsi, “Araz-Naxçıvan” və “Neftçi”nin üzvlərinə müvafiq olaraq gümüş və qızıl medallar, həmçinin “Neftçi” komandasına Azərbaycan kuboku təqdim olunub. Mükafatları Azərbaycan Futzal Federasiyasının vitse-prezidenti Elşən Abbasov və AFFA-nın baş katibinin müşaviri Orxan Həsənov təqdim ediblər.
-
AK, Final. Araz-Naxçıvan – Neftçi İK: Heyətlər
Bu gün keçiriləcək Azərbaycan kubokunun final oyununa komandalar bu heyətlə çıxacaq:
-
Bu gün mövsümün son oyunu
Bu gün keçiriləcək Azərbaycan kubokunun final oyunu ilə futzal mövsümünə yekun vurulacaq. Həlledici matçda son çempion "Araz-Naxçıvan" gümüş medalçı "Neftçi" İK ilə gücünü sınayacaq. Saat 16:00-da Bakı İdman Sarayında start götürəcək görüş CBC Sportla canlı yayımlanacaq. Zala giriş biletsiz olacaq.
-
Sayca 30-cu kuboku hansı komanda qazanacaq?
Mayın 21-də futzal üzrə Azərbaycan kubokunda 2025/2026-cı il mövsümünə yekun vurulacaq. Qalib adı uğrunda Yüksək Liqada çempion olan “Araz-Naxçıvan” və gümüş medalçı “Neftçi” İK qarşılaşacaq. Bəs sayca 30-cu ölkə kubokunun qalibi hansı komanda olacaq.
Ümumilikdə indiyə qədər 12 komanda yarışın qalibi olub. Müxtəlif adlarla çıxış edən “Neftçi” hamıdan çox – 7 dəfə (1994/95, 1995/96, 2009/10, 2012/13, 2013/14, 2016/17, 2021/22) kuboku başı üzərinə qaldırıb. “Araz-Naxçıvan” 6 dəfə (2004/05, 2005/06, 2006/07, 2007/08, 2008/09, 2023/2024) bu mükafata sahib olub.
EKOL - 4 (2010/11, 2011/12, 2015/16, 2018/19), “Avtomobilçi” (1996/97, 1997/98), “Azərneftyanacaq” (1999/00, 2000/01) və “Gömrükçü” (2001/02, 2002/03) hərəyə 2 dəfə kubokun qalibi adına yiyələnib. Altı komanda isə hərəyə bir dəfə belə uğura nail olub. “Nabspor” 1998/99, “Turan AİR” 2003/04, “Fənər” FK 2014/15, “Marafon Futsal” 2017/18, “Baku Fire” 2022/23, PFL isə 2024/25-ci il mövsümündə kuboku qazanıb. Ölkə kubokunun 2019/20-ci il mövsümü koronavirus pandemiyası ilə əlaqədar yarımçıq dayandırılıb, 2020/21-ci il mövsümü isə analoji səbəbdən ümumiyyətlə keçirilməyib.
-
AK, Final: Oyun cədvəli
Azərbaycan kubokunun 2025-2026-cı illər mövsümünün final oyunu mayın 21-də keçiriləcək. Komandalar Bakı İdman Sarayında saat 16:00-da üz-üzə gələcəklər. CBC Sport-la canlı yayımlanacaq qarşılaşma başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçiriləcək.
-
Finalçılar müəyyənləşib
Bu gün Azərbaycan kubokunun yarımfinal mərhələsinin oyunları keçirilib. Hər iki oyunda Yüksək Liqa təmsilçiləri qələbə qazanıb. “Neftçi” “Baku Fire-2”dən güclü olub. “Araz-Naxçıvan” isə böyükhesablı qələbə qazanmaqla ötən mövsüm finaldakı yenilginin də əvəzini çıxdı. Beləliklə həlledici matçda “Neftçi” İK və “Araz-Naxçıvan” qarşılaşacaq. Oyun mayın 21-də keçiriləcək.