AZƏRBAYCAN KUBOKU
-
Bu gün Azərbaycan kuboku, ½ final
Bu gün Azərbaycan kubokunun yarımfinal mərhələsinin oyunları keçiriləcək. Əvvəlcə mövsümü qızıl dublla başa vurmağı hədəfləyən "Neftçi" Birinci Liqanın iddialılarından olan "Baku Fire-2" ilə gücünü sınayacaq. Növbətu görüşdə isə ötən ilin finalçıları üz-üzə gələcək.
-
AK, ½ final: Oyun cədvəli
Azərbaycan kubokunun yarımfinal mərhələsi çərçivəsində keçiriləcək oyunların cədvəli açıqlanıb. Hər iki matç aprelin 18-də, Olimpik Starda keçiriləcək.
-
Azərbaycan kuboku: Sarı vərəqə
Azərbaycan kubokunun 1/4 final mərhələsinin oyunlarından sonra bir futzalçı sarı vərəqə limitini doldurub. Söhbət PFL-in hücumçusu Zakir Kərimovdan gedir. O, "Araz-Naxçıvan"la keçiriləcək görüşdə komandasına kömək edə bilməyəcək.
-
Bu dəfə yarımfinalda rəqib olacaqlar
Azərbaycan kubokunun ¼ final mərhələsinin oyunları keçirilib. İlk qələbəni “Baku Fire-2” qazanıb. Son qalib PFL isə hesabda geri düşsə də, sona yaxın qələbə qolunu vura bilib. “Araz-Naxçıvan” isə məhsuldar qələbəyə sevinib. Yüksək Liqanın lideri “Neftçi” də Birinci Liqanın iddialılarından olan rəqibinə heç bir şans verməyib. Böyükhesablı qələbə onların da yarımfinalçılar sırasında olmasına yol açıb.
-
AK, ¼ final: Təyinatlar
Azərbaycan kubokunun ¼ final mərhələsinin oyunlarına təyinatlar açıqlanıb.
-
AK, ¼ final: Oyun cədvəli
Azərbaycan kubokunun ¼ final mərhələsinin oyun cədvəli açıqlanıb. Bütün qarşılaşmalar martin 15-də Olimpik Starda keçiriləcək.
-
1/8 final mərhələsinə yekun vurulub
Azərbaycan kubokunun 1/8 final mərhələsinə bu gün yekun vurulub. Keçirilməsi nəzərdə tutulan 4 oyundan 3-ü baş tutub. “Yeni Suraxanı” U-19-la görüşə gəlmədiyinə görə, matçın nəticəsi haqda AFFA-nın İntizam komitəsi qərar verəcək. Günün ilk matçında “Baku Fire-2” böyükhesablı qələbə qazanıb. Birinci Liqanın iddialı təmsilçilərindən STAR kargo – “Şuşa” dueli isə ən maraqlı görüş olub. Matçın əvvəlində Yüksək Liqa klubu hesabda öndə olsa da, aşağı liqa təmsilçisi sona yaxın hadisələrin axarını xeyrinə dəyişib və qələbə qazanıb. Son görüşdə isə Azərbaycan kubokunun son qalibi olan PFL böyükhesablı qələbə sayəsində ¼ finala vəsiqə qazanıb.
-
¼ finalçıların yarısı məlumdur
Bu gün Azərbaycan kubokunun 1/8 final mərhələsinin 4 oyunu keçirilib. İlk matçda iki iddialı komanda üz-üzə gəlib. Birinci hissə gərgin keçsə də, “Araz-Naxçıvan” ikinci hissədə oyunun taleyini həll edib. Digər oyunlarda Yüksək Liqa təmsilçiləri olan “Neftçi” və “Lənkəran” asanlıqla qalib gəlib. Günün son dueli isə gərginliyi ilə yadda qalıb. Nominal qonaqlar ardıcıl 2 qol vursa da, meydan sahibləri qələbə qazanmağı bacarıb. Beləliklə, “Araz-Naxçıvan”, “Neftçi” İK, “Lənkəran” və “Xan-Lənkəran” ¼ finala vəsiqə qazanıb.