AZE
ENG
AFF HAQQINDA
TARİX
RƏHBƏRLİK
NİZAMNAMƏ
XƏBƏRLƏR
DÜNYA ÇEMPİONATI
AVROPA ÇEMPİONATI
İntizam Komitəsi
U-19
UEFA ÇEMPİONLAR LİQASI
TƏDBİRLƏR
AFF
MİLLİ
AZƏRBAYCAN KUBOKU
LİQALAR
HAKİMLƏR
MÜSAHİBƏ
MİLLİ KOMANDALAR
A MİLLİ
MƏŞQÇİLƏR
OYUNÇULAR
OYUNLAR
AZƏRBAYCAN U-19
MƏŞQÇİLƏR
OYUNÇULAR
OYUNLAR
TURNİRLƏR
YÜKSƏK LİQA
BİRİNCİ LİQA
İKİNCİ LİQA
AZƏRBAYCAN KUBOKU
UEFA ÇEMPİONLAR LİQASI
ƏSASNAMƏ
OYUN QAYDALARI
KLUBLAR
ƏLAQƏ
ARXİV
XƏBƏRLƏR
Azərbycan kuboku, 1/16 final (fotoreportaj-1)
1/8 finalçılardan dördü müəyyənləşdi
Bu gün Azərbaycan kubokunun 1/16 final mərhələsi çərçivəsində 4 oyun keçirildi. İlk oyunda “Advokat” böyükhesablı qələbə qazandı. “Füzuli” fasiləyə qədər qapısını toxunulmaz saxlasa da, ikinci hissədə rəqibin ardıcıl qollar vurmasına mane ola bilmədi. İkinci oyun daha gərgin keçdi. “Borçalı” 18-ci saniyədə hesabı açdı. Ancaq ruhdan düşməyən “Green Log” fasiləyə 2 dəqiqə qalmış ardıcıl iki qol vurmaqla üstünlük qazandı. “Yaşıllar” üstünlüyünü ikinci hissədə də davam etdirdi və nəticədə mərhələ adlayan tərəf oldular. Günün, bəlkə də mərhələnin ən maraqlı oyunu ADBTİA – “Standard” dueli oldu. Hər iki komandanın Birinci Liqanın ilk “3-lüy”ündə yer alması oyuna marağı bir qədər də artırdı. “İdmançılar” oyuna fəal başladı və artıq 2-ci dəqiqədə rəqib torunu 2 dəfə silkələməyi bacardı. Di gəl, bu qollar fasiləyə kimin üstün yollanacağına aydınlıq gətirmədi. Fasiləyə qədər 6 qolun vurulduğu matçın ikinci hissəsində qapılara 4 dəfə yol tapıldı ki, onda da “Standard” cütün taleyini həll etdi. Günün son oyunu da gərginliyi ilə yadda qaldı. Əslində “Atletiko Baku” kimi iddialı komandanı mübarizədən kənarlaşdıran “Xəzər Astara” favorit hesab edilsə də, “Təbriz” təcrübəsi hesabına qalibin kimliyinə aydınlıq gətirdi. Beləliklə ilk oyun gününün yekununda “Advokat”, “Green Log”, “Standard” və “Təbriz” 1/8 finala yüksəldi.
U-19-un sonuncu rəqibi də müəyyənləşdi
YL: "Yasamal" İSK - "Liman" (fotoreportaj)
Yasamal İSK ilk qələbəsini qazandı
Turun ikinci oyununu autsayderlərin dueli kimi də səciyyələndirmək olardı. Fasilədən istifadə edən hər iki komanda heyətə əl gəzdirmişdi. Maraqlı oyun turnir cədvəlinin son pilləsində yer alan “Yasamal” İSK-nın ilk qələbəsi ilə yekunlaşdı.
Avro-2022-ni 7 ölkə keçirmək istəyir
İlk oyun baş tutmadı
Bu gün Yüksək Liqada XV tur çərçivəsində keçirilməli olan “Yasamal” MFK – “Araz” oyunu baş tutmayıb. Buna səbəb “Yasamal” MFK-nın təyin olunan vaxtda matçın keçiriləcəyi arenaya gəlməməsidi. Məsələyə İntizam Komitəsinin iclasında baxılacaq.
Təyinatda dəyişiklik edilib
Yüksək Liqanın XV turunun oyunlarına təyinatlarda dəyişiklik olub. Şəxsi işləri ilə əlaqədar ölkə xaricinə yollanacaq Mehman Mahmudovu yanvarın 29-da keçiriləcək “Xəzər Cənub” – “Neftçi” İK oyununda Azər Əsgərov əvəz edəcək. Təyinatları bir daha diqqətinizə çatdırırıq:
BİRİNCİ
‹
554
555
556
557
558
559
560
561
562
563
564
›
SONUNCU