XƏBƏRLƏR
-
Yüksək Liqa, XVI tur: Oyun cədvəli
Yüksək Liqada XVI turun oyun cədvəli açıqlanıb. Turun oyunları fevralın 4-də Bakı İdman Sarayında keçiriləcək.
-
10 futzalçı təhlükənin astanasındadı
Birinci Liqada sarı vərəqə limitini dolduran futzalçı olmasa da, təhlükəli zonanın həndəvərində olanlar var. Nə az, nə çox düz 10 futzalçının passivində 3 sarı vərəqə var.
-
XVI turun oyunları gələn həftə keçiriləcək
-
İkinci Liqa, XX tur: Oyun cədvəli
İkinci Liqada qış fasiləsi fevralın 3-də başa çatacaq. Həmin gün Olimpik Starda XX turun oyunları keçiriləcək.
-
Birinci Liqa, XVI tur: Oyun cədvəli
Birinci Liqada fasilə fevralın 1-də başa çatacaq. Gələn ayın 1-də və 2-də XVI turun oyunları keçiriləcək. Olimpik Starda baş tutacaq qarşılaşmaların təqvimini diqqətinizə çatdırırıq:
-
Mərkəzi oyun canlı yayımda
Yüksək Liqada XV tura sabah keçiriləcək “Xəzər Cənub” – “Neftçi” İK oyunu ilə yekun vurulacaq. Turun mərkəzi oyunu CBC Sport televiziya kanalı vasitəsi ilə yayımlanacaq. Saat 14:30-da başlayacaq qarşılaşma Bakı İdman Sarayında keçiriləcək.
-
Azərbaycan kuboku, 1/16 final (fotoreportaj-2)
-
1/16 final mərhələsinə yekun vuruldu
Bu gün keçirilmiş 5 oyunla Azərbaycan kubokunun 1/16 final mərhələsinə yekun vuruldu. Günün ilk oyununda Birinci Liqanın lideri ilə İkinci Liqanın autsayderlərindən hesab edilən “Gənclik” qarşılaşdı. “Baku Fire”in rahat qələbə qazanacağı gözlənilsə də, birinci hissədə rəqib buna imkan vermədi. Düzdü, Teymur Eyvazovun yetirmələri fasiləyə 1 top üstünlüklə yollandı. Ancaq “Gənclik” son dəqiqədə 2 real qol epizodunu qaçırmaqla hesabı bərabərləşdirmək imkanını da əldən verdi. İkinci hissədə fərq artsa da, “Gənclik” komandasının mübarizədən qopmadığını xüsusi qeyd etməyə dəyər. İkinci oyun dramatikliyi ilə yadda qaldı. Ardıcıl 4 qol vuran “Rəvan”ın mərhələ adlayacağı gözlənilirdi ki, “Dalğa” Cəmşid Məhərrəmovun yoxluğunda belə hesabı bərabərləşdirməyi bacardı. Nəticədə komandalar hərəsi 5 dəqiqədən ibarət əlavə 2 hissədə mübarizə aparmalı oldu. Əlavə vaxtın birinci hissəsində “Dalğa” iki qol vurmaqla hesabı lehinə çevirdi. İkinci əlavə vaxtın əvvəlində “Rəvan” qapıçının birbaşa qırmızı vərəqə alması üzündən 2 dəqiqəni azlıqda keçirdi. Sona yaxın “Dalğa” daha 2 qol vurmaqla fərqi 4 topa çatdırdı və mübarizəni davam etdirən tərəf oldu. Yeri gəlmişkən, bu görüş 1/16 final mərhələsində əlavə vaxta daşınan ilk qarşılaşma idi. İkinci Liqanın iki təmsilçisinin duelində lider “Obolon”un qalib gələcəyi şübhə doğurmurdu ki, nəticə də bunu göstərdi. Növbəti dueldə də eyni liqanın iştirakçıları üz-üzə gəldi. Birinci hissədə 2 qol vuran “Hövsan” üstünlüyünü fasilədən sonra da davam etdirdi. Mərhələnin son oyunu qol sıralaması ilə başladı. Əvvəlcə iki dəfə nominal meydan sahibləri hesabda önə keçdi. Ancaq “Mübariz” mübarizəni əldən vermədi və fasiləyə hesabda öndə yollandı. Fərq 1 yox, 3 top ola bilərdi. Bunun üçün iki dəfə təyin edilmiş 10 metrlik zərbəni dəqiq yerinə yetirmək lazım idi. İkinci hissənin əvvəlində “Gilan Construction” status-kvonu bərpa etdi. “Mübariz” vəziyyəti yenidən xeyrinə dəyişsə də, fasilədə kifayət qədər güclənən “Gilan Construction” cavab verməkdə gecikmədi. Yekunda duelin qalibi olan şirkət komandası mübarizəni davam etdirmək hüququ qazandı
Beləliklə “Advokat”, “Green Log”, “Standard” və “Təbriz”dən sonra “Baku Fire”, “Dalğa”, “Obolon”, “Hövsan” və “Gilan Construction” komandaları da 1/8 finala yüksəldi. Yüksək Liqada mübarizə aparan komandalar da mübarizəyə bu mərhələdən qatılacaq.