LİQALAR
-
Birinci Liqa, VII tur: Təyinatlar
Birinci Liqada VII turun oyunlarına təyinatlar açıqlanıb. Noyabrın 24-də oyunlar Bakı İdman Sarayında, ertəsi gün keçiriləcək matçlar isə Olimpik Starda baş tutacaq.
-
Yüksək Liqa, VIII tur: Təyinatlar
Yüksək Liqada VIII turun oyunlarına təyinatlar açıqlanıb. CBC Sport kanalında canlı yayımlanacaq Baku Fire – Araz-Naxçıvan matçını FİFA referiləri idarə edəcək.
-
CBC Sport bu oyunu yayımlayacaq
Yüksək Liqanın VIII turu çərçivəsində keçiriləcək Baku Fire – Araz-Naxçıvan oyunu canlı yayımlanacaq. Noyabrın 24-də, Bakı İdman Sarayında, saat 14:15-də start götürəcək matçı azarkeşlər CBC Sport kanalından da izləyə biləcəklər.
-
Yüksək Liqa: Sarı vərəqələr
Yüksək Liqada təxirə salınmış oyundan sonra 3 futzalçının passivində 3 sarı vərəqə var
-
İkinci Liqa: Qol vuranlar
İkinci Liqada VI turdan sonra qol vuran futzalçıların sayı 80-ə çatıb. Teymur Nəsibov isə zirvədədir.
-
Araz-Naxçıvan - Neftçi İK 4:2 (qollar, video)
-
YL, IV tur: Araz-Naxçıvan - Neftçi İK (fotoreportaj)
-
Təxirə salınmış oyunda 6 qol, 2 qırmızı vərəqə...
Bu gün Yüksək Liqanın IV turundan təxirə salınmış oyun keçirilib. Lider “Araz-Naxçıvan” əsas rəqiblərindən olan “Neftçi” İK ilə qarşılaşıb. Alesio komandasını matça məhdud heyət çıxarıb. Belə ki, 5 futzalçı ilə vidalaşan “Araz-Naxçıvan” 2-si qapıçı olmaqla ümumilikdə 8 nəfərlə mübarizə aparıb. Anderu Varqas zədəli, Fərid Ələkbərov isə cəzalı olduğu üçün komandasına kömək edə bilməyib. Əjdər Əjdərov, Namiq Məmmədkərimov və Məhəmməd Abbasov isə qarşı tərəfdən oyunu buraxırıb.
Gərgin keçən matçın birinci hissəsində cəmi 1 qol vurulub. Son dəqiqədə Ramiz Çovdarovun ötürməsini Oktay Rüsttəmli ünvana yollamaqla hesabdakı tarazlığı pozub.
İkinci hissədə “Neftçi” ardıcıl iki qol vurmaqla hesabı lehinə dəyişsə də, üstünlüyünü qoruya bilməyib. Bu azmış kimi, paytaxt təmsilçisinə bir zərbə də Jafaridən gəlib. İkinci sarı-qırmızı vərəqə alan futzalçı 32-ci dəqiqədə meydanı tərk etməli olub. Rəqibin azlıqda qalmasından maksimum istifadə edən “Araz-Naxçıvan” yenidən önə keçib. Çovdarovun ötürməsini bu dəfə Ponce tora qovuşdurub. 35-ci dəqiqədə “Neftçi” yenidən azlıqda qalıb. Bu dəfə İlkin Hacıyev birbaşa qırmızı vərəqə aldığına görə, meydanı tərk etməli olub. Bu dəfə də Katatau azlıqda qalan rəqibi cəzalandırdı.