LİQALAR
-
Birinci Liqa, XI tur: Təyinatlar
Birinci Liqada XI turun oyunlarına təyinatlar açıqlanıb. Noyabrın 23-də və 24-də Olimpik Starda keçiriləcək qarşılaşmaları idarə edəcək hakimləri diqqətinizə çatdırırıq:
-
Birinci Liqa, XI tur: Oyun cədvəli
Birinci Liqada XI turun oyun cədvəli açıqlanıb. Noyabrın 23-də və 24-də görüşlər Olimpik Starda keçiriləcək.
-
Beşi oynamayacaq
İkinci Liqada turu buracaq oyunçuların sayı bu dəfə daha çoxdu. Belə ki, 5 futzalçı komandasın kömək edə bilməyəcək. Onlar sarı vərəqə limitini doldurduğuna görə, XII turun oyunlarını tribunadan izləyəcəklər.
-
“Araz”ın itkisi
Yüksək Liqanın XI turunda “Yasamal” İSK ilə qarşılaşacaq “Araz” daha bir oyunçusunun xidmətindən istifadə edə bilməyəcək. Belə ki, Adəm Həbibov “Xəzər Cənub”la oyunda sarı vərəqə aldığına görə, cəzalı duruma düşüb. Buna qədər futzalçının passivində 3 sarı vərəqə var idi. Qeyd edək ki, “Araz”ın hər ikisi qapıçısı – Rövşən Hüseynli və Kamran Hacıyev qırmızı vərəqə cəzalısıdır.
-
Yüksək Liqa, XI tur: Təyinatlar
Yüksək Liqada XI turun noyabrın 21-də, Olimpik Starda keçiriləcək iki oyununa təyinatlar açıqlanıb. Turun “Neftçi” İK – “Liman” oyunu hər iki komandanın razılığı ilə qeyri-müəyyən vaxta təxirə salınıb.
-
İkinci Liqa, XII tur: Oyun cədvəli
İkinci Liqada XII turun oyun cədvəli açıqlanıb. Noyabrın 20-də və 21-də Olimpik Starda keçiriləcək turun “Atletiko Baku” – “Hicran” oyunu qeyri-müəyyən vaxta təxirə salınıb.
-
İlk “3-lük”də xal itirən olmadı
Bu gün İkinci Liqada XI turun oyunları keçirilib. Lider böyükhesablı qələbə qazanıb. “Baker Tilly” və “Hicran” da turu 3 xalla qapayıb.
-
X tura yekun vurulub
Bu gün keçirilən 4 oyunla Birinci Liqada X tura yekun vurulub. Liderlər qrupunda yer alan “Baku Fire” yığma komandanı çətinliklə məğlub edib. “Füzuli” isə qazandığı qələbə sayəsində son pillədən yaxasını qurtarıb.