LİQALAR
-
Yüksək Liqa: Sarı vərəqə
Yüksək Liqada XVIII turdan sonra sarı vərəqələrin göstəricisi belədir:
-
Mövsümün ən fərqli qələbəsi
Bu gün Yüksək Liqada XVIII turun oyunları keçirilib. Lider “Neftçi” İK “Şuşa”nın qapısından 28 cavabsız top keçirib. Bu, cari mövsümdə qeydə alınan ən böyükhesablı qələbədir. Çempionatın bombardiri Allef Maiolli və komanda yoldaşı Leonildo Rodrigues hərəyə 6 dəfə rəqib qapısına yol tapıblar. Digər matçda isə “Baku Fire” gənclər yığmasından güclü olub. “Araz-Naxçıvan” isə 3 xalı meydana çıxmadan qazanıb. Belə ki, “Lənkəran” yarışdan çıxdığına görə, “qırmızı-ağlar”ın xal ehtiyatı artıb.
-
Bu gün Yüksək Liqa, XVIII tur
Bu gün Yüksək Liqada XVIII turun oyunları keçiriləcək.
-
BL, 3-cü yer və final: Oyun cədvəli
Birinci Liqada 3-cü yer və final oyununu vaxtı müəyyənləşib. Liqada mövsümə mayın 7-də yekun vurulacaq.
-
Yüksək Liqa, XVIII tur: Oyun cədvəli
Yüksək Liqada XVIII turun oyun cədvəli açıqlanıb. Turun görüşləri aprelin 30-da Olimpik Starda keçiriləcək.
-
Yüksək Liqa: Sarı vərəqələr
Yüksək Liqada XVII turdan sonra sarı vərəqələrin göstəricisi belədir:
-
PFL və STAR kargo finalda
Birinci Liqada pley-off mərhələsinin oyunları keçirilib. İlk matç daha dramatik alınıb. “Baku Fire” ardıcıl qollar sayəsində üstünlük qazansa da, ikinci hissədə toparlanan “STAR kargo” hadisələrin gedişini lehinə dəyişib və qələbə qazanıb. Digər matç da gərginliyi ilə yadda qalıb. Amma daha təcrübəli futzalçılardan qurulan PFL cütün taleyini xeyrinə həll etməyi bacarıb. Final və 3-cü yer uğrunda oyunlar mayın 7-də keçiriləcək.
-
Böyükhesablı qələbələr
Yüksək Liqada XVII turun oyunları keçirilib. İlk matçda son çempion “Araz-Naxçıvan”la ortabab “Şuşa” qarşılaşıb. Sarı vərəqə limitini doldurduğuna görə “Şuşa”dan Rüstəm Bağırov və Vladislav Vorobyev komandasına kömək edə bilmirdi. Fasiləyə qədər 7 cavabsız qol vuran “qırmızı-ağlar” ikinci hissədə daha məhsuldar olub.
Turun ikinci oyununa isə “Neftçi” İK itkilərlə çıxmışdı. Nihad İsmayılov və Emil Həsənzadə sarı vərəqə limitini doldurduğuna görə matçı tribunadan izləyirdi. Hesabı lider açdı. Düzdür, gənclər 4 dəqiqə sonra hesaba bərabərlik gətirdi, amma “ağ-qaralar” qısa vaxtda 3 qol vurmaqla fasiləyə üstün yollandı. İkinci hissədə qolları sıralayan “Neftçi” turu böyükhesablı qələbə ilə başa vurdu.
“Baku Fire” 3 xalı meydana çıxmadan qazanıb. Belə ki, “Lənkəran” komandası çempionatdakı çıxışını dayandırdığına görə, rəqibinə avtomatik qələbə yazılır.