AZƏRBAYCAN KUBOKU
-
Azərbaycan kuboku, 1/16 final: Cavab oyunları (fotoreportaj-1)
-
1/8 finalçılardan 5-i müəyyənləşdi
Bu gün Azərbaycan kubokunun 1/16 final mərhələsinin cavab oyunları çərçivəsində 5 qarşılaşma keçirildi. Günün ilk oyununda Yurd MFK və Yasamal İSK-2 üz-üzə gəldi. İlk oyundakı sürüşkən hesab görüşün daha gərgin keçəcəyinə işarə etsə də, nominal meydan sahibləri fərqli hesabla qələbəni bayram etdi. Günün ikinci oyunu daha gərgin keçib. “Bibi-Heybət” hesabda iki dəfə önə keçsə də, üstünlüyünü sona qədər qoruya bilmədi, son dəqiqədə isə məğlub duruma düşdü. Düzdür, Balarzanın qolu ilə status-kvo bərpa olundu. Amma ilk oyunda qalib gələn Quba futzalçıları mübarizəni davam etdirən tərəf oldu. Altay – Marafon duelində isə hesab 10-cu dəqiqədə açıldı. Yüksək Liqa təmsilçisi sükutu pozan tərəf oldu. Fasiləyə qədər üstünlüyünü artıran Marafon ikinci hissədə də qolları sıraladı. Xızı Futzal komandası təyin olunan vaxtda meydana çıxmadığına görə, nəticə ilə bağlı İntizam Komitəsi qərar verəcək. Günün son matçında Zəngilan qələbə qazansa da, ilk dueldəki böyükhesablı qələbə sayəsində mərhələni Baku Fans adladı.
-
Bu gün, Azərbaycan kuboku,1/16 final mərhələsi: Cavab oyunları
Bu gün Azərbaycan kubokunun 1/16 final mərhələsinin cavab oyunlarına start veriləcək. “Olimpik Star”da gün ərzində 5 qarşılaşma keçiriləcək. Şənbə və bazar günləri isə müvafiq olaraq 5 və 6 qarşılaşma baş tutacaq.
-
Azərbaycan kuboku,1/16 final mərhələsi: Təyinatlar
Azərbaycan kubokunun 1/16 final mərhələsinin cavab oyunlarına təyinatlar açıqlanıb.
-
Azərbaycan kuboku,1/16 final mərhələsi: Cavab oyunlarının cədvəli
Azərbaycan kubokunun 1/16 final mərhələsinin cavab oyunlarının cədvəli açılanıb. Oyunlar fevralın 14-də, 15-də və 16-da Olimpik Starda keçiriləcək.
-
Azərbaycan kuboku, 1/16 final, ilk oyunlar (fotoreportaj-5)
-
Azərbaycan kuboku, 1/16 final, ilk oyunlar (fotoreportaj-4)
-
İlk oyunlara yekun vuruldu
Bu gün keçirilmiş 6 görüşlə Azərbaycan kubokunun 1/16 final mərhələsində ilk oyunlara yekun vuruldu. Günə Naxçıvan təmsilçisinin iştirakı ilə start verildi. İranlı legionerlərlə güclənən “Badamlı” “Forza Neftçi”nin qonağı oldu. Azarkeşlərin xüsusi rəng qatdığı oyunun qalibi Naxçıvan təmsilçisi oldu. Elə “Nəqşicahan” da ümidini əcnəbi transferlərə bağlamışdı. Komandalar hərəyə bir dəfə fərqlənməklə intiriqanı cavab oyununa saxladılar. Maraqlı nəticə isə ölkə kubokunun son qalibi ilə İkinci Liqanın lideri NTD-nin duelində qeydə alındı. Gözlənildiyinin əksinə olaraq, İkinci Liqa komandası inamlı qələbə qazandı. Yasamal İSK – Atletiko Baku matçında “ikincilər” əksər hallarda hesabda öndə olsalar da, oyun “sülh”lə başa çatdı. Mərhələnin son oyununda “Baker Tilly” Yüksək Liqa təmsilçisini məğlub edib.
Bu mərhələnin cavab oyunları fevralın 14-16 fevralda keçiriləcək.