XƏBƏRLƏR
-
İkinci Liqa, IX tur: Oyun cədvəli
İkinci Liqada IX turun oyun cədvəli açıqlanıb. Noyabrın 4-də Bakı İdman Sarayında keçiriləcək oyunların siyahısını diqqətinizə çatdırırıq:
-
İkinci Liqa, VIII tur (fotoreportaj-1)
-
Birinci Liqa, VIII tur: Oyun cədvəli
Birinci Liqada VIII turun oyunları noyabrın 2-də və 3-də Bakı İdman Sarayında keçiriləcək:
-
Birinci Liqa, VII tur (fotoreportaj)
-
Braziliya əlçatmazdı..
Xəbər veridyimiz kimi, 2020-ci ildə təşkil ediləcək dünya çempionatına Litva evsahibliyi edəcək. Bu, sayca 9-cu mundial olacaq. Onu da qeyd edək ki, indiyə qədər dünya çempionatı Avropada iki dəfə təşkil edilib. İki ildən sonrakı mundial sayca üçüncü olacaq. Kuboku ən çox Braziliya qazanıb. Onlar 5 dəfə ən güclü olublar. İspaniya 2 dəfə bu uğura imza atıb. Son dünya çempionu Argentina olub.
-
Yüksək Liqa, VII tur: Təyinatlar
Yüksək Liqada VII turun oyunlarına təyinatlar açılanıb. Birinci dövrənin son turunun oktyabrın 31-də Bakı İdman Sarayında baş tutacaq oyunlarını idarə edəcək hakimləri diqqətinizə çatdırırıq:
-
Son çempion dəyişikliyə imkan vermədi
Bu gün İkinci Liqada VIII turun oyunları keçirilib. Bakı İdman Sarayında turun mərkəzi oyununda Obolon və SAB qarşılaşıb. Bu matçın nəticəsi həm də turnir cədvəlində dəyişikliyə səbəb olacaqdı. Belə ki, debütant 3 xal qazanacağı təqdirdə zirvəyə yüksələcəkdi. Ancaq son çempion qələbə qazanmaqla zirvədəki yerini qorudu. İlk məğlubiyyət isə SAB-ı ikinci pillədən dördüncü sıraya endirdi. Əvəzində Baker Tilly və Hicran qələbə qazanaraq hərəyə bir pillə irəlilədi. Gənclik isə cari mövsümdə ilk xalını qazandı. Advokat - Rəvan oyunu birincilərin beynəlxalq turnirdə iştirakı ilə əlaqədar qeyri-müəyyən vaxta təxirə salınıb.
-
İkihakimiyyətlilik davam edir
Birinci Liqada VII turun oyunları keçirilib. Liderlərin duelində qalib müəyyənləşməyib. Hərçənd ADBTİA fasiləyə hesabda üstün yollansa da, ikinci hissədə rəqib status-kvonu bərpa edib. “Standard” isə onların xal itkisindən maksimum istifadə edib və qələbə qazanaraq xal fərqini minimuma endirib. U-19 isə mövsümdə üçüncü qələbəsinə sevinib. Nəticələri diqqətinizə çatdırırıq: