XƏBƏRLƏR
-
“Neftçi” yenə uduzdu..
Bu gün Yüksək Liqada XII turun oyunları keçirildi. Tura “Yasamal”ların dueli ilə start verildi. Oyunun əvvəlində autsayder daha təhlükəli epizodlar yaratsa da, sonradan 2 futzalçının qrımızı vərəqə alması sözünü dedi. Yasamal FK böyükhesablı qələbə qazanmaqla turnir cədvəlindəki mövqeyini də bir pillə yaxşılaşdırmış oldu. CBC Sport-la canlı yayımlanan turun mərkəzi oyunu kifayət qədər gərgin keçdi. Fasiləyə qədər rəqib qapısından 2 cavabsız top keçirən “Araz” ikinci hissədə “Neftçi”nin fərqi minimuma endirməsinə mane ola bilmədi. Beləliklə cari mövsümdə ikinci duelidə də qələbə qazanan “Araz” “Neftçi”nin potensial liderlik şansını əlindən almaqla bərabər, zirvədəki mövqeyini bir qədər möhkəmləndirdi.
Turun son oyunu da məhsuldar alındı. Birinci hissədə 5 cavabsız top vuran EKOL ikinci hissədə daha artığını etdi. Xüsusilə də təcrübəli Namiq Məmmədkərimov qolları sıralamaqla bombardirlərin yarışında iddialı olduğunu ortaya qoymuş oldu.
-
İkinci Liqa, XV tur: Təyinatlar
İkinci Liqada XV turunun oyunlarına təyinatlar açıqlanıb. Oyunlar dekabrın 9-da Olimpik Starda keçiriləcək:
-
“Xəzər Cənub” – “Yasamal” FK matçının vaxtı açıqlandı
Yüksək Liqada XI turdan təxirə salınmış oyunun keçirilmə vaxtı müəyyənləşib. “Xəzər Cənub” – “Yasamal” FK matçı dekabrın 10-da, saat 12:30-da, Bakı İdman Sarayında keçiriləcək. Oyunu Azər Əsgərov, Hikmət Qafarlı və Rahin Heybətovdan ibarət hakimlər briqadası idarə edəcək. Hakim-inspektor Asim Xudiyev olacaq.
-
İki futzalçı “təhlükəli zonada”
Yüksək Liqada XII turun oyunlarını buraxan olmaycaq. Belə ki, cəmi 2 futzalçının passivində 3 sarı vərəqə var. Bu da onların meydana çıxmasına mane olmur.
-
Birinci Liqa, XIII tur: Təyinatlar
Birinci Liqada keçiriləcək XIII turun oyunlarına təyinatlar açıqlanıb. Olimpik Starda keçiriləcək oyunları idarə edəcək hakimləri diqqətinizə çatdırırıq:
-
İkinci Liqa, XIV tur (fotoreportaj-2)
-
U-19-un oyununun tarixi müəyyənləşib
-
İkinci Liqa, XV tur: Oyun cədvəli
İkinci Liqada XV turun oyun cədvəli açıqlanıb. Oyunlar dekabrın 9-da Olimpik Starda keçiriləcək: